Bu gün Sizlərə internetdə youtube, facebook və digər saytlara girməyəndə necə etmək lazımdır onu başa salacam.

 

Demək ilk olaraq əgər Google Chrome yüklənməyibsə onu bu Saytdan kompüterı yükləmək və yoxlamaq lazımdır. Çünki videoların açılması üçün lazım olan Adobe flash player bu proqramda özü tənzimlənir və heç bir əlavə yükləməyə ehtiyac yoxdur.

Yoxlayırıq, işləməsə aşağıdakını edirik.

Əgər bu proqram sizdə varsa CTRL, ALT və DELETE düymələrini bir yerdə sıxmaqla açılan pəncərədə “Удалить указанные ниже элементы”  qabağında “за все время” seçirik, sonra “Очистить историю” düyməsini seçirik. Bu brauzerinizdə keşləri (cache) təmizləmək üçündür.

Yenə yoxlayırıq, işləməsə aşağıdakını edirik.

Windows 7 üçün:

“Пуск” düyməsini seçirik, oradan “Панель управление”. açılan pəncərədə “Центр управления сетями и общим доступом” seçirik. Açılan pəncərədə SOL tərəfdə “Изменение параметров адаптера” seçirik. Qoşulmuş adapteri tapırıq (aşağısında qırmızı X olmayan), üzərində mousun sağ düyməsini basırıq “Свойства”ya giririk. Daha sonra açılmış pəncərədə “Протокол интернета версии 4 TCP/IPV4” seçib üzərində 2 dəfə klik edirik. aşağıda “использовать следующие DNS сервера” seçirik. Boşluqlarda 8.8.8.8 və digərində 8.8.4.4 yazıb “OK” düyməsini basırıq.

Windows XP üçün:

“Пуск” düyməsini seçirik, oradan “Панель управление”. açılan pəncərədə SOL tərəfdə “Переключение к классическому виду” seçirik. Daha sonra “сетевые подключения” seçirik.  Qoşulmuş adapteri (məs: “подключение по локальной сети”) tapırıq (aşağısında qırmızı X olmayan), üzərində mousun sağ düyməsini basırıq “Свойства”ya giririk. Daha sonra açılmış pəncərədə “Протокол интернета TCP/IP” seçib üzərində 2 dəfə klik edirik. aşağıda “использовать следующие DNS сервера” seçirik. Boşluqlarda 8.8.8.8 və digərində 8.8.4.4 yazıb “OK” düyməsini basırıq.

Yenə yoxlayırıq, bu dəfə işləməlidir. İşləməsə modemi reset edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *